Azərbaycan - Rusiya oyunu israilli hakimlərə tapşırıldı

21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Rusiya matçının hakim təyinatları açıqlanıb.

Newsport.az-ın məlumatına görə, Bakıda baş tutacaq bu görüşü İsraildən olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Eytan Şmuleviç təyin olunub. Ona yan xətt hakimləri Nissan Davidi və Roy Hassan kömək edəcək. Dördüncü hakim funksiyasını isə Ziv Adler yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan - Rusiya matçı noyabrın 17-də "Bakcell Arena"da keçiriləcək və saat 17:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right