“Özümüzü bir qədər çətinə saldıq” Musa Qurbanlı

“Qarabağ”ın hücumçusu Musa Qurbanlının Newsport.az-a müsahibəsi
 
- “Sumqayıt”la görüşdə qələbə qazandın. Matçla bağlı fikirlərin necədir?
- Böyük hesabla qalib gəlmək bizim üçün çox xoş oldu. Hər oyunda qələbə qazanmaq vacib və xoşdur. Bu oyuna da ciddi hazırlaşmışdıq. Uzun müddətdən sonra 90 dəqiqə meydanda oldum. Bu da mənim üçün yaxşı fürsət idi. Turnir cədvəlində yerimizi bir qədər də yaxşılaşdırdıq. Ona görə sevincliyik.
 
- Uzun fasilədən sonra 90 dəqiqə meydanda oldun və iki qol vurub, bir asist etdin. Qarşıdakı matçlarda daha çox oynamağına nə dərəcədə təsir edə bilər?
- Əlbəttə ki, qollar vurmaq, asistlər etmək, komandanın qələbəsində pay sahibi olmaq hər bir futbolçu üçün yaxşı motivasiyadır. Elə birinci özüm üçün motivasiyadır, özünəinamdır. Hər bir futbolçuya yaxşı təsir edir. Amma mən şans haqda düşünmürəm. Mənim hazırda fikrim sadəcə öz inkişafımdadır. Sakit, başımı aşağı salıb, məşqlərimi edərək, öz üzərimdə çox çalışmağımı istəyirəm. İnkişaf etmək istəyirəm, maksimum formamı bərpa etmək niyyətindəyəm.
 
- “Qarabağ” hazırda liderdir. Bu pillədə qalmaq üçün sona qədər yəqin ki, mübarizə aparacaqsız…
- Təbii ki, biz mübarizəmizi sona qədər davam etdirəcəyik. İlin son oyunlarında da uğurlu nəticələr əldə etmək istəyirik. Qarşıda bizi “Şamaxı” ilə matç gözləyir. Həmin görüşdə də uğurlu nəticə üçün oynayacağıq. Ümidvaram ki, hər şey yaxşı alınacaq. 
 
- "Qarabağ" avrokuboklarda FKSB və "Olimpiakos"la qarşılaşacaq. Həmin matçlarda şanslarınızı necə dəyərləndirirsən?
- Özümüzü bir qədər çətinə saldıq. Amma yenə də düşünürəm ki, hər şey mümkündür. Hər bir halda, FKSB və "Olimpiakos"la görüşlərdə qələbə qazanmağa çalışacağıq ki, azarkeşlərimizi sevindirmək istəyirik. Çünki qələbə qazanmaq həmişə xoşdur. Ən azından azarkeşlərimizə sevinc bəxş etmək niyyətindəyik.
 
- Milli komandamız DÇ-2026-nın seçmə mərhələsində Ukrayna, İslandiya ilə eyni qrupdadır. Necə şərh edərdin?
- Çətin qrupdayıq. Hamısı da çətin komandalardır. Yaxşı rəqiblərdir. Bizim də vəziyyətimiz bir o qədər ürəkaçan deyildi. Amma nə deyə bilərəm? Hər bir halda, rəqibin kimliyindən asılı olmayaraq meydanda ən azından can qoymalıyıq. Əlimizdən gələni etməliyik. Səviyyəcə hardasa çatdırmasaq belə, ən azından motivasiya, istək, əzm baxımından rəqiblərdən geri qalmamalıyıq.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right