“Kəpəz” Gəncədə hazırlaşacaq

Misli Premyer Lqasında qış fasiləsinin qısa olması klublarımızın vətəndə qalmasına səbəb olub. Əksər komandalar mövsümün ikinci yarısına Azərbaycanda hazırlaşacaq.

Newsport.az xəbər verir ki, ölkədən çıxmamaq qərarı alanlardan biri də “Kəpəz”dir. Gəncəlilər qış hazırlıq planını tam dəqiqləşdirməsə də, yanvarın ilk günlərində doğma şəhərdə bir araya gələcəyi müəyyənləşdirilib. Gəncədə hər şərait olduğu üçün komanda Bakıya və ya digər şəhərə yollanmağı da lazımsız bilir.

“Kəpəz”in əsas çətinliyi yoxlama oyunlarında qarşılaşmaq üçün rəqib tapmaqla bağlı olacaq. Digər Premyer Liqa iştirakçıları ilə danışıqlardan sonra bir neçə matç reallaşdırılacaq. Razılığa əsasən “Kəpəz” yəqin ki, Bakıya və ya Qəbələyə səfər etməli olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right