AMADA rəsmisi: "Qarşıdakı iki il ərzində antidopinq sahəsində fəaliyyətimizi uğurla yerinə yetirmək niyyətindəyik"

Qarşıdakı iki il ərzində antidopinq sahəsində fəaliyyətimizi uğurla yerinə yetirmək niyyətindəyik.

Newsport.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Təhminə Tağı-zadə deyib.

AMADA rəsmisi Bakıda keçirilən "Təmiz qələbə: Olimpiya ilinə yeni baxış" adlı beynəlxalq konfransın önəmli tədbir olduğunu bildirib:

"Bu, 2024-cü ildə üçüncü konfransımızdır. Hazırda siyasətçiləri, elmi işçiləri, başqa ölkələrin milli antidopinq agentliklərinin nümayəndələrini bir araya yığmışıq. Bakı 2026-cı il üçün dünyanın idman paytaxtı seçilib. Bu iki il ərzində fəaliyyətimizi uğurla yerinə yetirmək istəyirik. 2024-cü ildə test sahəsində planı uğurla yerinə yetirmişik. Yekun rəqəmləri 2025-ci ilin yanvarında açıqlayacağıq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right