"Kəpəz" AZAL-a uduzdu

"Kəpəz” milli komandanın oyunu ilə bağlı çempionatda yaranan fasilədən istifadə edərək AZAL-la yoxlama görüşü keçirib.
 

Newsport.az-ın məlumatına görə, matç rəqibin minimal hesablı qələbəsi ilə sona çatıb – 1:0.
 
Qeyd edək ki, "Kəpəz”in iki futbolçusu əsas millinin, bir üzvü U-21-in tərkibində, 3 oyunçusu isə zədəli olduğundan komanda əsas heyətlə mübarizə apara bilməyib. Baş məşqçi Şahin Diniyev əsasən ehtiyatda oturan futbolçulara oynamaq imkanı yaradıb.
 
Xatırladaq ki, tərəflər noyabrın 7-də Topaz Premyer Liqasının XII turu çərçivəsində üz-üzə gəlmiş və oyun 1:1 hesablı heç-heçə ilə nəticələnmişdi. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right