Bu gün Misli Premyer Liqasında 17-ci tura yekun vurulacaq.
Newsport.az xəbər verir ki, son oyun günündə bir görüş keçirilir. "Qarabağ" öz meydanında "Sumqayıt"ı qəbul edir.
Ağdam təmsilçisi bugünkü matçda qalib gələrsə və ya heç-heçə edərsə, liderliyini yenidən bərpa edəcək.
Bu komandaların 1-ci dövrədəki oyunda "Qarabağ" 1:0 hesablı qələbə qazanıb.
Hazırda "Qarabağ" 38 xalla 2-ci, "Sumqayıt"isə 19 xalla 6-cı yerdədir.
Əlavə edək ki, bu, "Qarabağ"ın sabiq futbolçusu Vaqif Cavadovun "Sumqayıt"ın baş məşqçisi qismində Ağdam klubuna və onun çalışdıcırısı Qurban Qurbanova qarşı ilk oyunu olacaq.
16 dekabr (bazar ertəsi)
19:00. “Qarabağ”– “Sumqayıt” - 5:0
Qol: Musa Qurbanlı, 7, 33, Nəriman Axundzadə, 45+1, Redon Cica, 75, Toral Bayramov, 90+1
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Asiman Əzizli, Əkbər Əhmədov
VAR: Kamal Umudlu
AVAR: Cəmil Quliyev
Tofiq Bəhramov adına Respublika Stadionu