AFFA Rusiya klubunun futbolçusunun yenidən milliyə cəlb olunmasını istəyir

Rusiyanın birinci liqa klubu olan "SKA-Xabarovsk"un futbolçusu Sadiq Baqiyev 2025-ci ildən yenidən yığma komandamıza cəlb oluna bilər.

Newsport.az saytına verilən məlumata görə, AFFA rəsmiləri Rusiya klubunda oynayan həmyerlimizlə kontakta keçib. Onun yeni tsikldən U-21 yığmamızda oynamaq şansı yüksəkdir. Federasiya rəsmiləri də Bağıyevin yığmaya cəlb olunmasını istəyir. 

Qeyd edək ki, Bağıyev U-19 yığmasına cəlb olunsa da, sonradan dəvət edilməmişdi. 

20 yaşlı yarımmüdafiəçi 2024-cü ildə sentyabr ayında “Kuban Holdinq”dən “SKA-Xabarovsk”a keçmişdi. Onun Xabarovsk təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right