Misli Premyer Liqasında 17-ci tur davam edir.
Newsport.az-ın məlumatına görə, 2-ci oyun günündə 2 matç keçirilib.
İlk görüşdə "Zirə" "Turan Tovuz"u qəbul edib. Matç qolsuz heç-heçə ilə başa çatıb.
Bakı təmsilçisi turnir cədvəlində 27 xalla 4-cü yerdə, Tovuz komandası isə 31 xalla 3-cü yerdədir.
Günün 2-ci oyununda isə "Neftçi" "Kəpəz"lə qarşılaşıb. Matç Bakı klubunun 2:1 hesablı qələbəsi ilə bitib.
"Neftçi" bu qələbədən sonra turnir cədvəlində 16 xalla 7-ci yerə yüksəlib. "Kəpəz" isə 10 xalla 9-cu yerdədir.
Qeyd edək ki, tura sabah keçiriləcək 1 oyunla yekun vurulacaq.
15 dekabr (bazar)
18:30. “Neftçi” –“ Kəpəz” - 2:1
Qol: Yeqor Boqomolski, 4 (1:0), Filip Ozobiç, 22 (2:0), Orxan Əliyev, 78 (2:1)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rəvan Həmzəzadə
VAR: Rəşad Əhmədov
AVAR: Teymur Teymurov
"Neftçi Arena"
16:00. “Zirə” – “Turan Tovuz” - 0:0
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli