"Neftçi" "Kəpəz"lə oyuna 5 itki ilə çıxacaq

"Neftçi" Misli Premyer Liqasının 17-ci turunda keçiriləcək "Kəpəz"lə oyuna itkilərlə çıxacaq. 

Newsport.az-ın məlumatına görə, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb. 

Beləliklə, Emin Mahmudov, Robert Bauer, Rafael Quzzo, Rəhman Hacıyev və Dembo Darbo görüşə hazırlıq prosesində zədə səbəbi ilə iştirak etməyiblər. Zədədən sonrakı bərpa prosesini geridə qoyan Azər Salahlı isə komanda ilə birlikdə məşq edib.

Qeyd edək ki, “Neftçi” - “Kəpəz” matçı sabah saat 18:30-da "Neftçi Arena"da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right