Şamaxıda heç-heçə, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi Yenilənib

Bu gün Misli Premyer Liqasında 17-ci tura start verilib. 

Newsport.az-ın məlumatına görə, turun açılış matçı Şamaxıda baş tutub. Meydan sahibi komanda “Səbail”i qəbul edib. Görüşün 14:00-da başlaması planlaşdırılsa da, Şamaxı şəhərindəki qarlı hava şəraiti səbəbindən görüş saat 14:20-də start götürüb. Matç 0:0 hesabı ilə yekunlaşıb.

Hər iki komanda bundan əvvəlki son 3 görüşdə xal qazanmağı bacarmamışdı.  “Səbail” 8 turdur qələbəyə qalib gələ bilmir. Maraqlıdır ki, “dənizçilər” sonuncu dəfə məhz “Şamaxı” üzərində qələbəyə sevinib - 2:0. Ayxan Abbasovun komandası isə artıq 10 turdur qalib gələ bilmir. 

Bu matçı prinsipial edən bir məqam da Cavid Hüseynovla bağlı olub. Belə ki, hazırda “Səbail”in baş məşqçisi olan Hüseynov 2 il əvvəl “Şamaxı”nı çalışdırırdı. Komanda məhz onun rəhbərliyi altında son turda “Səbail”ə uduzaraq Premyer Liqa ilə vidalaşmışdı. 

Günün ikinci görüşündə “Araz-Naxçıvan” öz meydanında “Sabah”ı sınağa çəkib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə bitib. 

Beləliklə, Naxçıvan təmsilçisinin 15 oyun davam edən məğlubiyyətsizlik seriyası başa çatıb. 

"Araz-Naxçıvan" turnir cədvəlində hazırda 39 xalla lider, paytaxt təmsilçisi isə 26 xalla beşincidir. 

Misli Premyer Liqası 

17-ci tur

14 dekabr (şənbə)

16:30. “Araz-Naxçıvan” - “Sabah” - 0:1 

Qol: Coy Lens Mikels, 78
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Elşad Abdullayev
Liv Bona Dea Arena 

14:00. “Şamaxı” - “Səbail” - 0:0
Hakimlər: 
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Pərvin Talıbov
Şamaxı şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right