Murad Musayev Bakıya gəldi

"Sabah"ın sabiq baş məşqçisi, hazırda "Krasnodar”ı çalışdıran Murad Musayev Bakıya gəlib.

Newsport.az xəbər verir ki, Rusiya çempionatında yaranmış fasilə müddətində Azərbaycana gələn mütəxəssis “Sabah” Futbol Mərkəzində qonaq olub.

Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Musayev burada “Sabah”ın prezidenti Maqsud Adıgözəlov və komandanın baş məşqçisi Vasili Berezutski ilə görüşüb.

Xatırladaq ki, M.Musayev 2021-2024-cü illərdə "Sabah"ın baş məşqçisi işləyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right