Biri poker etdi, digəri het-trik

Azərbaycan 2-ci liqasında 12-ci tur davam edir.

Newsport.az xəbər verir ki, 3-cü oyun günündə 1 matç keçirilib. "Füzuli" Şamaxıda "Şəmkiri"lə qarşılaşıb.

Oyun "Şəmkir"in 7:1 hesablı qələbəsi ilə başa çatıb. "Şəmkir"dən Vidadi Cəfərov poker, Rövşən Şahmuradov isə het-trik edib.

Qeyd edək ki, tura dekabrın 13-də oynanılacaq 1 matçla yekun vurulacaq.

11 dekabr (çərşənbə axşamı)

14:00. “Füzuli” – “Şəmkir” - 1:7

Qollar: S.Allahquliyev, 74 - V.Cəfərov, 8, 11, 49, 89, R.Şahmuradov, 27, 64, 87

Hakimlər: İslam Məmmədov, Kərim Zeynalov, Aydın Bəxşiyev, Rəsul Babayev

Şamaxı OİK stadionu

13 dekabr (cümə)

14:00. “Lerik” – “Saatlı-Araz” 

Hakimlər: Murad Səlimov, Rəhman Aslanov, Gülnurə Əkbərzadə, Rasim Musayev

Lənkəran OİK stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right