"Sabah"ın forvardı "Turan Tovuz"un legionerini ziyarət etdi

"Sabah"ın futbolçusu Pavol Şafranko təqdirəlayiq addım atıb.

Newsport.az xəbər verir ki, o, "Turan Tovuz"un əməliyyat olunan müdafiəçisi Denis Marandiçini ziyarət edib.

Slovakiyalı hücumçu moldovalının müalicə aldığı xəstəxanaya yollanıb.

O, futbolçunun durumu ilə yaxından maraqlanıb.Qeyd edək ki, Marandiçi "Turan Tovuz" - "Sabah" matçında (2:2, pen. 1:3) zədələnib. Şafranko ilə toqquşmadan sonra onun ayağı sınıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right