“Qarabağ”ın “Elfsborq”la oyununu portuqal hakimlər idarə edəcək

“Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda İsveçin “Elfsborq” klubu ilə keçirəcəyi səfər oyununun hakimləri açıqlanıb.

Newsport.az xəbər verir ki, UEFA dekabrın 12-də Borasda təşkil olunacaq görüşü Portuqaliyadan olan hakimlər briqadasına həvalə edib.

Matçı Antonio Nobre idarə edəcək. Ona Pedro Ribeiro və Nelson Pereira köməklik göstərəcək.

Hakim-inspektor Stefano Podeski (San Marino), UEFA nümayəndəsi isə Yan Atkins (İngiltərə) olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right