Favorit “Elfsborq”dur

UEFA Avropa Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində keçiriləcək “Elfsborq” – “Qarabağ” oyunu ilə bağlı avropalı futbol mütəxəssisləri proqnozlarını veriblər.

Newsport.az xəbər verir ki, əksəriyyət İsveç klubunun qələbəsinə inanır. Bu da səbəbsiz deyil. Məsələ burasındadır ki, “Elfsborq” öz meydanında keçirdiyi ilk iki görüşdə “Roma”ya (1:0) qalib gəlib, “Braqa” (1:1) ilə heç-heçə edib. Bu üzdən mütəxəssislər Buros şəhərinin komandasının doğma divarlar arasında ən pis halda heç-heçə edəcəyini düşünürlər.

Qeyd edək ki, dekabrın 12-də “Boras Arena”da keçiriləcək “Elfsborq” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right