Dekabr ayının 1-dən 31-nə qədər Bakının mərkəzində, Fəvvarələr Meydanında ənənəvi "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası keçiriləcək.
Newsport.az-ın məlumatına görə, bu il "Xəzər Lənkəran" da yarmarkada iştirak edəcək.
Bir ay ərzində "Xəzər Lənkəran"a məxsus satış nöqtəsində komandanın azarkeşləri klubun fan-şopunun rəsmi məhsullarını endirimli qiymətlərlə əldə edə bilərlər. Həmçinin azarkeşlər qeyd olunan dövr ərzində yarmarkanı ziyarət edəcək komanda üzvləri ilə görüşmək imkanı da əldə edəcəklər.