“Neftçi” Misli Premyer Liqasının 16-cı turunda keçiriləcək “Sumqayıt”la oyuna itkilərlə çıxacaq.
Newsport.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Zədəli Emin Mahmudov oyunöncəsi məşqdə iştirak etməyib, Azər Salahlı isə fərdi çalışıb. Onlardan əlavə, cəzalılar – Yuri Matias və Edvin Kuç da “Sumqayıt”la matçı buraxacaqlar.
Sözügedən oyun sabah saat 18:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.