"Xəzər Lənkəran" xeyriyyə yarmarkasında iştirak edəcək

Dekabr ayının 1-dən 31-nə qədər Bakının mərkəzində, Fəvvarələr Meydanında ənənəvi "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası keçiriləcək.

Newsport.az-ın məlumatına görə, bu il "Xəzər Lənkəran" da yarmarkada iştirak edəcək.

Bir ay ərzində "Xəzər Lənkəran"a məxsus satış nöqtəsində komandanın azarkeşləri klubun fan-şopunun rəsmi məhsullarını endirimli qiymətlərlə əldə edə bilərlər. Həmçinin azarkeşlər qeyd olunan dövr ərzində yarmarkanı ziyarət edəcək komanda üzvləri ilə görüşmək imkanı da əldə edəcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right