“Neftçi” “Sumqayıt”a, “Kəpəz” “Zirə”yə məğlub oldu Yenilənib

Misli Premyer Liqasında 16-cı tur davam edir.

Newsport.az-ın məlumatına görə, 2-ci oyun günündə 2 matç keçirilib.

Əvvəlcə "Kəpəz" "Zirə"ni qəbul edib. Görüş qonaq komandanın 4:0 hesablı qələbəsi ilə bitib. 

Beləliklə, "Zirə" turnir cədvəlində 26 xalla 4-cü, "Kəpəz" isə 10n xalla 9-cu yerdədir. 

Günün 2-ci görüşündə isə "Sumqayıt" "Neftçi"ni qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib. Bu matç həm də "Neftçi"nin baş məşqçisi Samir Abasovun "ağ-qaralar"a növbəti gəlişindən sonra sabiq komandasına qarşı ilk oyunu olub.

Qeyd edək ki, tura sabah keçiriləcək "Turan Tovuz" - "Şamaxı" oyunu ilə yekun vurulacaq.

Misli Premyer Liqası, 16-cı tur

8 dekabr (bazar)

16:00. “Kəpəz” – “Zirə” 0:4

Qollar: Salifu Suma, 32, Giorgi Papunaşvili, 45+7, İssa Cibrila, 48, Elçin Əmircanov, 73
Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Teymur Teymurov, Əli Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Tovuz şəhər stadionu

18:00. “Sumqayıt” –“Neftçi” 2:0

Qollar: Kamran Quliyev, 20, Cordan Rezabala, 44
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Cavid Cəlilov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right