"Araz-Naxçıvan" "Səbail"ə qalib gəldi, "Qarabağ" "Sabah"la heç-heçə etdi Yenilənib

Bu gün Misli Premyer Liqasında 16-cı tura start veriləcək.

Newsport.az xəbər verir ki, ilk gündə 2 oyun keçiriləcək. 

Turun açılış matçında “Səbail” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edəcək. 

Çempionatdakı son 6 oyununda cəmi 1 xal toplayan “Səbail” ötən tur sonuncu pilləyə yuvarlanıb. “Araz-Naxçıvan” isə hazırda 36 xalla ikinci pillədə qərarlaşıb. Bu isə deməkdir ki, Elmar Baxşıyevin komandası aktivinə növbəti 3 xalı yazsa, ən azı bir neçə saatlıq yenidən turnir cədvəlində liderliyi ələ alacaq. 

Ardınca turun mərkəzi oyununda “Sabah” “Qarabağ”la üz-üzə gələcək. 

Hazırda Ağdam klubu 37 xalla turnir cədvəlinə başçılıq edir. “Sabah” isə 22 xalla beşinci pillədə qərarlaşıb. 

Ötən tur Vasili Berezutskinin rəhbərliyi altında çempionatda ilk oyununa çıxan “Sabah” 7 matçlıq qələbə həsrətinə son qoydu. 
“Qarabağ” isə son 3 turu maksimum nəticə ilə başa vurub. Qurban Qurbanovun komandası sonuncu dəfə 12-ci turda “Turan Tovuz” səfərində xal itirib (0:0). 

Qeyd edək ki, bu komandaların ilk dövrədəki oyununda “Qarabağ” 3:2 hesabı ilə qalib gəlib.  

Misli Premyer Liqası

16-cı tur

7 dekabr (şənbə)

15:00. “Səbail” - “Araz-Naxçıvan” - 0:2 

Qol: Ramon Maçado, 45+3-pen. (0:1), Bernardo Dias, 56 (0:2)

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Müslüm Əliyev, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: İnqilab Məmmədov
“ASCO Arena”

18:00. “Sabah” - “Qarabağ” - 1:1 

Qol: Neqoş Kupusoviç, 49 (1:0), Nəriman Axundzadə, 68, (1:1)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov
VAR: Əliyar Ağayev 
AVAR: Zeynal Zeynalov
“Bank Respublika Arena”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right