AFFA rəsmisi Konfrans Liqası oyununda

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb. Newsport.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Xudiyev Konfrans Liqasının Liqa mərhələsinin V turu çərçivəsində keçiriləcək “Olimpiya” (Sloveniya) - “Serkle Brügge” (Belçika) görüşünün hakim-inspektoru olacaq.

Dekabrın 12-də keçiriləcək qarşılaşma Lyublyana şəhərində yerləşən “Stojitse” stadionunda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right