"Qarabağ"ın İsveçə səfər proqramı bəlli olub, kluba 600-dən çox bilet ayrılıb

UEFA Avropa Liqası matçında İsveçdə yerli "Elfsborq" klubu ilə üz-üzə gələcək "Qarabağ"ın səfər proqramı bəlli olub.

Bu barədə Newsport.az-a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

O bildirib ki, komanda dekabrın 10-da, saat 18:00-da sözügedən ölkəyə yollanacaq. Ağdam təmsilçisi qarşılaşmadan sonra Bakıya qayıdacaq.

"Köhlən atlar"ın azarkeşləri üçün 600-dən çox bilet ayrılıb.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda, dekabrın 12-də təşkil olunacaq "Elfsborq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right