Millimiz üçün 3 rəqib

Bu gün 19 yaşadək qadın futbolçulardan ibarət milli komandalar arasında 2024/2025 mövsümü üzrə Avropa çempionatının ikinci mərhələsinin püşkü atılıb. Newsport.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.

İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib. B Liqasının 4-cü qrupunda yer alan U-19 Şimali İrlandiya, Albaniya və Monteneqro yığmaları ilə mübarizə aparacaq.

İkinci mərhələnin oyunları 2025-ci ilin fevral-aprel aralığında keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right