Emrelinin komandası Elfersberq səfərində Oyun Azərbaycanda da yayımlanacaq

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" bu gün Almaniya 2-ci Bundesliqasında növbəti oyununa çıxacaq.

Newsport.az xəbər verir ki, komanda 15-ci turda "Elfersberq"in qonağı olacaq.

Oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Matçı televiziya vasitəsilə Azərbaycandan da canlı izləmək mümkün olacaq. Görüş "İdman TV"də birbaşa nümayiş olunacaq.

Qeyd edək ki, "Nürnberq" hazırda 12 xalla 19-cu, "Elfersberq" isə 22 xalla 6-cı pillədə qərarlaşıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right