Kökçü komandasına penalti qazandırdı

Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün çıxış etdiyi Finlandiyanın HİK klubu İsveç təmsilçisi "Djurqarden"lə yoxlama oyunu keçirib.

Newsport.az xəbər verir ki, 40 dəqiqəlik 3 hissənin oynanıldığı görüş HİK-in məğlubiyyəti ilə yekunlaşıb - 1:6.

Meydana start heyətində daxil olan Kökçü 65-ci dəqiqədə komandası 1:0 öndə olarkən əvəzlənib.

HİK yeganə qolu 51-ci dəqiqədə penaltidən vurub. Komandasına penalti qazandıran isə Kökçü olub. 

Matçın 65-ci dəqiqəsindən sonra HİK-də bütün meydan oyunçuları əvəzlənib və az oyun şansı qazanan futbolçulara şans verilib.

Qeyd edək ki, HİK Finlandiya çempionatında 45 xalla 3-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right