"Bunun önəmini hər bir futbolçu başa düşür"-Kamran Ağayev

Azərbaycan yığmasının və Türkiyənin "Karşıyaka" klubunun qapıçısı Kamran Ağayev Moldovaya qarşı keçiriləcək yoxlama oyunu ilə bağlı fikirlərini bölüşüb.

Newsport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Artıq üç gündür hazırlıq keçirik. Yığmada kimin olub, kimin olmaması böyük əhəmiyyət daşımır. Komandada atmosfer yaxşıdır. Yoxlama oyunu olmasına rəğmən, bizim üçün çox vacib görüşdür. Çünki nəticə UEFA reytinqinə təsir göstərəcək. Bunun önəmini hər bir futbolçu başa düşür".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right