U-17 millisi üçün daha bir püşk

Bu gün 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2024/2025 mövsümünün ikinci mərhələsinin püşkü atılıb.
 
Newsport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib.
 
B Liqasının 6-cı qrupunda yer alan U-17 Albaniya və Uels yığmaları ilə mübarizə aparacaq.
 
İkinci mərhələnin oyunları 2025-ci ilin mart ayında Albaniyada keçiriləcək.
 
Qeyd edək ki, bu gün 17-nin Avropa çempionatının 2025/2026 mövsümü üzrə seçmə mərhələsindəki rəqibləri də bəlli olub.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right