Məşqçi karyerasını Azərbaycanda davam etdirəcək Rəsmən açıqladılar

Rusiyalı futbolçu mütəxəssis Aleksey Antonyuk karyerasını Azərbaycanda davam etdirəcək.

Newsport.az-ın xəbərinə görə, 40 yaşlı mütəxəssis "Sabah" klubunun baş məşqçisi Vasili Berezutskinin köməkçisi təyin edilib. 

O, buna qədər Rusiyanın 1-ci liqa təmsilçisi "Rodina" komandasında çalışıb. Rus klubu açıqlama yayaraq Aleksey Antonyukun "Rodina"nı tərk etdiyini və karyerasını "Sabah"da davam etdirəcəyini bildirib.

Açıqlamada qeyd edilib ki, Aleksey Antonyuk karyerası ərzində Stanislav Aqkatsev ("Krasnodar"ın və Rusiya millisini qapıçısı) və Matfey Safonov (hazırda PSJ-də oynayır) kimi futbolçular yetişdirib.

Antonyuk 2023-cü ildə Rusiya millisində də qapıçılarla iş üzrə məşqçi işləyib.

Xatıladaq ki, "Sabah"ın baş məşqçisi Vasili Berezutski daha əvvəl Rusiyadan Dmitri Smirnov və Aleksandr Naqornını da özünə köməkçi götürüb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right