"Zirə"də ciddi itki Legioneri oynamayacaq

“Zirə” ciddi itki ilə üzləşib.

Newsport.az xəbər verir ki, qəsəbə təmsilçisinin hücumçusu Rafael Utziq zədə səbəbindən Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Şamaxı” və Misli Premyer Liqasının 16-cı turunun “Kəpəz”lə qarşılaşmalarını buraxacaq.

Onun müalicəsi yaxşı alınarsa, braziliyalı forvard ikinci dövrənin son iki turunda “Turan-Tovuz” və “Səbail”ə qarşı oynaya biləcək. Qeyd edək ki, XV turun “Sumqayıt”la oyununda zədə aldığı üçün Utziq 27-ci dəqiqədə meydanı tərk edib. Komandanın kapitanı Qismət Əliyev üçün isə il başa çatıb.

Məşqdə zədələnmiş müdafiəçi komandaya bir də gələn il kömək olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right