Baş məşqçisindən Dadaşova dəstək

Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşovun Almaniyanın “Dinamo” klubunda işləri yolunda getmir.

Newsport.az saytının məlumatına görə, 33 yaşlı hücumçu cari mövsüm Regionalliqanın geridə qalan 16 oyununda cəmi 4 qol vura bilib.

Forvardın performansındakı enişə baxmayaraq, baş məşqçi Dennis Kutrieb ona güvənir. Çalışdırıcı Dadaşovun yenidən əvvəlki formasını bərpa edəcəyinə inanır: “Kim Dadaşovun əsas heyət üzvü olmadığını düşünürsə, yanılır. Sadəcə, Dadaşov son vaxtlar inanılmaz dərəcədə şanssızlıqla üzləşir. Onun bizim üçün edəcəyi çox iş var. Renat əla futbolçudur. Belə olmasaydı, Azərbaycan millisində 20-dən çox matçda iştirak etməzdi. Düzdür, hazırda bəxti gətirmir. Amma vəziyyətdən çıxmaq üçün çox çalışır”.

Qeyd edək ki, Rüfət Dadaşov 2013-2019-cu illərdə Azərbaycan millisinin heyətində 24 oyunda 5 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right