"Turan Tovuz" Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununda öz meydanında "Sabah"ı qəbul edir.
Newsport.az-ın məlumatına görə, qərb bölgəsi təmsilçisi bu matçda ciddi itki ilə üzləşib. Tovuzluların müdafiəçisi Denis Marandiçi rəqib hücumçu Pavol Şafranko ilə mübarizədə ayağından ağır zədə alıb. Rəqib futbolçunun endirdiyi zərbə nəticəsində Denisin ayağı qırılıb
Moldovalı futbolçu Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya aparılıb.