Yığmamız İspaniyaya rəqib oldu

Bu gün 19 yaşadək qızlar arasında Avropa çempionatının 2016/2017 mövsümünün ilkin mərhələlərinin püşkü atılıb.

Newsport.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

Püşkün nəticəsinə görə yığmamız 8-ci qrupda mübarizə aparacaq. Komandamız İspaniya, Ukrayna və Latviyaya rəqib olub.

Qeyd edək ki, ilkin mərhələnin qarşılaşmaları gələn il, 12-20 sentyabr və 17-25 oktyabr tarixlərində keçiriləcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right