Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunlarına start verilib.
Newsport.az-ın məlumatına görə, ilk günə nəzərdə tutulan 3 matçdan 1-i artıq başa çatıb.
İlk iki cütdə Premyer Liqa təmsilçiləri 1-ci Liqanın kollektivləri ilə üz-üzə gəlir.
“Səbail” “Qaradağ Lökbatan”ı qəbul edib. Paytaxt təmsilçisi 2:0 hesabı ilə qalib gələrək 1/4 finala adlayıb. Bu mərhələdə "dənizçilər"in rəqibi "Qəbələ" - "Qarabağ" cütünün qalibi olacaq.
"Araz-Naxçıvan” isə “Mingəçevir”i sınağa çəkib. Görüş Naxçıvan komandasını 3:1 hesablı qələbəsi ilə bitib. 1/4 finalda onlar “Zirə” - “Şamaxı” cütünün qalibi ilə qarşılaşacaqlar.
Günün son oyununda isə mərhələnin ən çox maraqla gözlənilən qarşılaşması - “Turan Tovuz” - “Sabah” matçı keçirilib. Penaltilər seriyasında 3:1 hesabı ilə qalib gələn "Sabah" 1/4 finala yüksəlib. Bu mərhələdə onların rəqibi “Sumqayıt” - MOİK cütünün qalibi olacaq.
Qeyd edək ki, 1/8 finalın digər 5 görüşü sabah keçiriləcək.
Xatırladaq ki, 1/8 final mərhələsi 1 oyundan ibarətdir.
Azərbaycan Kuboku
1/8 final
3 dekabr
18:00. “Turan Tovuz” - “Sabah” - 2:2 (Penaltilər seriyasında 1:3)
Qol: Aleks Souza, 28 (1:0), Con İrazabal, 45+8 (1:1), Otto Con, 113 (2:1), Neqoş Kupusoviç, 117 (2:2)
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Nicat İsmayıllı
VAR: Rəşad Əhmədov
AVAR: Cəmil Quliyev
Tovuz şəhər stadionu
16:00. “Araz-Naxçıvan” - “Mingəçevir” - 3:1
Qollar: Ülvi İsgəndərov, 5 (1:0), Bernardo Dias, 21 (2:0), Sezar Meza Kolli (3:0), 66, Elmin Bayramov, 80 (3:1)
Hakimlər: Əkbər Əhmədov, Müslüm Əliyev, Şirmamed Mamedov, Səbuhi Bayramov
“Liv Bona Dea Arena”
15:00. “Qaradağ Lökbatan” - “Səbail” - 0:2
Qol: Emin Rüstəmov, 53, Nihad Quliyev, 62
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Vüqar Həsənli
VAR: Tural Qurbanov
AVAR: Pərvin Talıbov
"ASCO Arena"