Azərbaycan Kuboku: 1/8 final start götürür Yenilənir

Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsi start götürür. Newsport.az xəbər verir ki, ilk gündə 3 oyun keçiriləcək.

İki cütdə Premyer Liqa komandaları ilə I Liqa təmsilçiləri üz-üzə gələcək. “Səbail” “Qaradağ Lökbatan”la, “Araz-Naxçıvan” “Mingəçevir”lə qarşılaşacaq.

Günün son matçında isə elita klubları “Turan Tovuz”la “Sabah” münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, mərhələnin digər 5 görüşü sabah keçiriləcək.

Azərbaycan Kuboku

1/8 final

3 dekabr

15:00. “Qaradağ Lökbatan” - “Səbail”

Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Vüqar Həsənli

“ASCO Arena”

16:00. “Araz-Naxçıvan” - “Mingəçevir”

Hakimlər: Əkbər Əhmədov, Müslüm Əliyev, Şirmamed Mamedov, Səbuhi Bayramov

“Liv Bona Dea Arena”

18:00. “Turan Tovuz” - “Sabah”

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Nicat İsmayıllı

Tovuz şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right