2-ci liqa komandasının qeyri-etik hərəkət edən futbolçusunun cəzası bilindi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Newsport.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda 2-ci liqanın 10-cu turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Füzuli” – “Saatlı-Araz” oyununda “Saatlı-Araz”dan 4 nəfər sarı vərəqə aldığına görə komanda 70 manat cərimə ediliib.

“Lerik” – “Kür-Araz” oyununda “Lerik”dən 4 futbolçusu sarı vərəqə aldığına görə komanda 70 manat cərimələnib.

“Ağdaş” – “Şahdağ Qusar” oyununda “Ağdaş”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 150 manat cərimə edilib.

“Göygöl” – “Şəfa” oyununun 83-cü dəqiqəsində “Göygöl” komandasının 32 nömrəli futbolçusu Elşən Mirzəyev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb. Onun komandası isə 200 manat cərimələnib. 

Bu oyun Təcili Tibii Yardım avtomobilinin gec gəlməsi səbəbindən gec başladığı üçün “Göygöl” 100 manat cərimə edilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right