MPL: Mövsümün yeni rekordu

Misli Premyer Liqasında tamaşaçı sayında mövsümün yeni rekordu qeydə alınıb. Newsport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının saytında məlumat yayılıb.

Bu, XV turun “Neftçi” - “Qarabağ” matçına təsadüf edib. “Neftçi Arena”dakı qarşılaşmanı 7069 seyrçi izləyib. Azərbaycan derbisindəki tamaşaçı sayı mövsümün arxada qalan 15 turu üçün ən yüksək göstəricidi.

Bunadək rekord IX turun “Sumqayıt” - “Qarabağ” matçına (0:1) məxsus idi. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı görüşdə 7000 tamaşaçı qeydə alınıb.

Qeyd edək ki, “Neftçi” - “Qarabağ” oyununda qonaq komanda üç cavabsız qolla qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right