Azərbaycan Premyer Liqası: 5-ci rusiyalı, 65-ci legioner

Misli Premyer Liqasının XV turu daha bir legioner baş məşqçinin debütü ilə əlamətdar olub.

Newsport.az PFL-ə istinadən xəbər verir ki, Vasili Berezutski “Sabah”da debüt edib. Rusiyalı mütəxəssisin baş məşqçisi olduğu komanda “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib. Berezutski Azərbaycan çempionatları tarixində 65-ci legioner baş məşqçi olub.

Onadək 64 əcnəbi baş məşqçi və ya bu vəzifənin müvəqqəti icraçısı kimi komandasını meydana çıxarıb. Berezutski Premyer Liqada 5-ci rusiyalı baş məşqçidir. Ona qədər Sergey Yuran “Simurq”da, Yuri Syomin “Qəbələ”də, Murad Musayev “Sabah”da çalışıbsa, Kurban Berdıyev hazırda “Turan Tovuz”a rəhbərlik edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right