Millimiz Almaniyaya uduzdu YENİLƏNİB

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa Çempionatı-2017-nin seçmə mərhələsində növbəti oyununa çıxacaq.

Newsport.az-ın məlumatına görə, Yaşar Vahabzadənin yetirmələri Almaniya ilə görüşəcək.
 
Seçmə mərhələdə keçirdiyi 5 oyunda cəmi bir qələbə qazanan və son dörd oyunun hamısında qol vurmadan məğlub olan millimiz güclü rəqibi ilə səfər qarşılaşmasında sürpriz, daha dəqiq desək, sensasiya etməyə çalışacaq. 

Almaniya millisi isə liderliyini qorumaq üçün mübarizə aparacaq. Horst Hrubeşin yetirmələrini noyabrın 17-də digər qrup favoriti Avstriya ilə oyun gözlədiyindən bundestimin millimizlə oyunu "yola verməsi" də mümkündür. 
 
Qeyd edək ki, bu, komandalar arasında cari tsikldə artıq ikinci qarşılaşma olacaq. Belə ki, Bakıda baş tutan ilk matçda bundestim 3 cavabsız qolla qalib gəlmişdi.
 
AVRO-2017-nin seçmə mərhələsi
7-ci qrup
13 noyabr

 
21:00. Almaniya - Azərbaycan - 3:1

Qollar: Məqsəd İsayev, 30 (0:1), Timo Verner, 37 (1:1), Arnold, 43 (2:1), Timo Verner, 63 (3:1) 
Hakimlər: Tsvetan Krastev, İvan Valçev, Krum Stoylov, Stanislav Todorov (hamısı Bolqarıstan)
Reqensburq. "Kontinental Arean".

 

1

Almaniya

3

3

0

0

13-0

9

2

Avstriya

3

3

0

0

13-3

9

3

Finlandiya

4

3

0

1

6-4

9

4

Rusiya

3

1

0

2

5-6

3

5

Azərbaycan

5

1

0

4

1-13

3

6

Farer adaları

4

0

0

4

0-12

0

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right