Nazim Süleymanovdan gözlənilməz addım: Mədətov millidən kənarlaşdırıldı

19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Bakıda keçirilən V qrupunun oyunlarında uğursuz çıxış edən Azərbaycan yığması ilə bağlı ilk sərt addım atılıb.

Newsport.az-ın məlumatına görə, ardıcıl 2 məğlubiyyətdən sonra komandanın üzvü Mahir Mədətov yığmanın heyətindən kənarlaşdırılıb.
 
Buna səbəb onun komandada intizam qaydalarını kobud şəkildə pozmağı olub. Bu üzdən baş məşqçi Nazim Süleymanovun Mədətovu komandadan qovmağa qərar verib.
 
Qeyd edək ki, millimiz ilk oyunda Ukraynaya 0:4, ardınca Türkiyəyə 0:1 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right