"Kəpəz" "Şamaxı"nı, "Zirə" "Sumqayıt"ı məğlub etdi Yenilənib

Misli Premyer Liqasında 15-ci turun görüşləri davam edir.

Newsport.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

Günün ilk oyunu Şamaxıda keçirilib. Burada rayonun eyniadlı komandası "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olub.

İkinci matçda isə "Zirə" doğma meydanda "Sumqayıt"ı darmadağın edib.

Misli Premyer Liqası, 15-ci tur

30 noyabr (şənbə)

 

17:00. “Zirə” – “Sumqayıt” - 4:1 

Qol: Davit Volkov, 8 (1:0), Nikola Vuynoviç, 36 (1:1), Georgi Papunaşvili, 55 (2:1), Davit Volkov, 66 (3:1), 75 (4:1)

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Elvin Bayramo, Nicat İsmayıllı (VAR), Asiman Əzizli (AVAR)

Zirə İK stadionu

14:30. “Şamaxı” – “Kəpəz” - 0:1

Qol: L. Paçu, 70

Hakimlər: İnqilab Məmmədov, Zöhrab Abbasov, Rahil Ramazanov, Əkbər Əhmədov, Tural Qurbanov (VAR), Teymur Teymurov (AVAR)

Şamaxı şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right