19 yaşadək qadın futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb. Newsport.az xəbər verir ki, B Liqasının V qrupunda yer alan seçmə komandamız Estoniya ilə qarşılaşıb.
Görüş Kiprin “Kouklia Community” stadionunda təşkil olunub. Qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, millimiz Avropa çempionatının seçmə mərhələsindəki ilk oyununda İsveçrəyə 0:8 hesabı ilə uduzmuşdu.