"Kopenhagen"in üzvü Azərbaycana səfər haqda: "Bu qərarların necə qəbul edildiyini anlamıram"

"Kopenhagen"in yarımmüdafiəçisi Tomas Delani komandasının Konfrans Liqasının əsas mərhələsinin 4-cü turununun “Dinamo”(Minsk)(1:2) ilə səfər görüşünü Azərbaycanda keçirməsi haqda danışıb.

Newsport.az “Flashcore” portalına istinadən xəbər verir ki, danimarkalı buna etiraz edib: 

"Bu qərarların niyə və necə qəbul edildiyini anlamıram. Belarus komandası Azərbaycanda Danimarka klubuna qarşı...Bu məntiqin bir-birini necə tapdığını anlamıram. Artıq beş saat uçub, tamaşaçısız oynamışam”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right