"Araz-Naxçıvan" "Turan Tovuz"a, "Sabah" "Səbail"ə qalib gəldi Yenilənib

Bu gün Misli Premyer Liqasında 15-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk gündə 2 görüş keçirilib. 

Əvvəlcə "Araz-Naxçıvan" "Turan Tovuz"u qəbul edib. Matç naxçıvanlıların 1:0 hesablı qələbəsi ilə bitib.  

Günün son oyununda isə "Sabah" "Səbail"lə üz-üzə gəlib. Bu, "Sabah"ın rusiyalı Vasili Berezutskinin rəhbərliyi altında ilk oyunu, eləcə də onun karyerasında baş məşqçi kimi ilk matçı olub.

Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandalar arasında 1-ci dövrənin oyununda "Sabah" 4:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, turun digər görüşləri 30 noyabr və 1 dekabr tarixlərində keçiriləcək.

29 noyabr (cümə)

19:00. “Sabah” – “Səbail” - 1:0 

Qol: Coy Lens Mikels, 29

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev

VAR: Rauf Allahverdiyev

AVAR: Rəhman İmami

“Bank Respublika Arena”

16:00. “Araz-Naxçıvan” – “Turan Tovuz” - 1:0

Qol: Felipe Santos, 75

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Nicat İsmayıllı

VAR: Rauf Cabarov

AVAR: Eyyub İbrahimov

“Liv Bona Dea Arena”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right