"Yaxşı ki, "Qarabağ" qol imkanlarını dəyərləndirə bilmədi" Mikautadze

“Lion”un (Fransa) gürcüstanlı hücumçusu Georges Mikautadze UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Bakıda “Qarabağ”ı 4:1 hesabı ilə məğlub etdikləri oyundan sonra azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb. Newsport.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- “Qarabağ” üzərində qazanılan qələbəni necə şərh edərdiniz?

 İlk hissədə oyunumuz bir qədər çətin keçdi. Lakin fasilədə baş məşqçimiz taktikanı dəyişdi. Belədə işimiz daha asan oldu. Bu səbəbdən də ardıcıl qollar vurduq.

- Bu cür hesabla qələbə qazanacağınızı gözləyirdiniz?

- Bakıya qələbə üçün gəlmişdik. Düzdür, bu hesabla qalib gələcəyimizi gözləmirdik. Lakin qələbə bizə çox lazım idi. Hədəfimiz 3 xal idi və buna da nail olduq.

- “Qarabağ”ın potensialını necə dəyərləndirərdiniz?

- “Qarabağ” çox yaxşı komandadır. Onlara uğurlar arzulayıram. Bu matçda da fərqlənmək üçün xeyli şansları oldu. Yaxşı ki, qol imkanlarını dəyərləndirə bilmədilər. Biz isə ardıcıl qollar vura bildik. “Qarabağ”ı komanda kimi bəyəndim.

- Qonşu Azərbaycandan hansı hisslərlə ayrılırsınız?

- Şəhər gəzintisi zamanı Bakını çox bəyəndim. Ola bilər ki, gələcəkdə istirahət üçün bura qayıdım.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right