“Neftçi”nin icraçı direktoru Tacikistanda tədbirdə iştirak edib

Tacikistanın paytaxtı Düşənbədə Asiya Futbol Konfederasiyasının (AFK) birgünlük konfransı keçirilib.

Newsport.az-ın məlumatına görə, "Hyatt Regency Dusenbe” otelində baş tutan konfransda "Kick-Off” layihəsi çərçivəsində Tacikistanda futbol infrastrukturlarının inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.
 
Konfransda AFK-nın "Kick-Off” layihəsinin Tacikistan üzrə meneceri Yoqeş Desay, AFK-nın məsləhətçisi, Azərbaycanın "Neftçi” klubunun İcraçı direktoru Elnur Məmmədov, Tacikistan Futbol Federasiyasının (TFF) vitse-prezidenti Dilşod Curayev, Tacikistan Milli Futbol Liqasının meneceri Alişir Urunov, yüksək və birinci liqa klublarının rəhbərləri və təmsilçiləri iştirak ediblər.
 
Seminarın iş proqramının gedişində idarəetmə və infrastrukturla bağlı aktual məsələlər müzakirə olunub. 
 
Qeyd edək ki, Tacikistan Futbol Federasiyası bu ildən etibarən "Kick-Off” inkişaf proqramına qoşulub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right