"Kəpəz" məşqləri bərpa etdi

Azərbaycan Premyer Liqasının XII turunda AZAL-la oyundan sonra 3 günlük istirahətə buraxılan "Kəpəz” noyabrın 11-dən məşqləri bərpa edib. Komanda gündə bir dəfə "Dalğa Arena”da hazırlıq keçir.
 

Newsport.az-ın məlumatına görə, "sarı-göylər”in bu günkü məşqini komandanın zədəli futbolçusu Dario Frederiko da izləyib. Məşqdən sonra məşqçilər korpusu və futbolçularla bir-bir görüşüb sağollaşan braziliyalıya əməliyyat öncəsi uğurlar arzulanıb. Hamı Darionun tezliklə düşərgəyə dönməsini diləyib.
 
Xatırladaq ki, meniski zədələnən yarımmüdafiəçi bu gün ölkəmizi tərk edərək əməliyyat olunmaq üçün vətəninə yollanacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right