Futbol üzrə Azərbaycan 2-ci Liqasında 10-cu turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, bu gün "Göygöl" doğma meydanda "Şəfa"nı qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 28-ə yüksəldən "Şəfa" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 11 xalı olan "Göygöl" isə 9-cu yerdədir.