Cüneyt Çakır "Qarabağ"ın oyunu üçün Bakıya gəlir

Tanınmış futbol hakimi Cüneyt Çakır "Qarabağ"ın oyununa təyinat alıb.
 
Newsport.az saytının məlumatına görə, keçmiş referi UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda keçiriləcək "Qarabağ" - "Lion" (Fransa) matçının hakim-inspektoru olacaq.
 
Xatırladaq ki, Çakır Gürcüstan Futbol Federasiyasında Hakimlər Komitəsinin sədridir.
 
Noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Lion” matçı saat 21:45-də başlayacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right