“Neftçi” bəyanat yaydı - Bu informasiya həqiqəti əks etdirmir

Son vaxtlar uğursuzluğu ilə gündəmdən düşməyən "Neftçi” bəyanat yayıb.
Newsport.az-ın məlumatına görə, klubun rəsmi saytının yaydığı bəyanat "Neftçi”nin U-19 liqasında çıxış edən komandası ilə bağlıdı.
Bəyanatı olduğu kimi təqdim edirik:
"Son günlərdə bəzi KİV-də 04.11.2015-ci il tarixdə U-19 Liqasının 5-ci turu çərçivəsində keçirilmiş "Neftçi” - "Xəzər Lənkəran” matçında komandamıza texniki məğlubiyyətin verildiyi haqqında məlumat yayılıb. Bildiririk ki, bu informasiya həqiqəti əks etdirmir. 04.11.2015-ci il tarixində "Neftçi”nin 19 yaşadək futbolçulardan ibarət komandası səfərdə AZAL klubu ilə qarşılaşıb və görüş 0:2 hesabı ilə başa çatıb. "Neftçi” PFK olaraq KİV-dən belə informasiyaları yayarkən daha diqqətli olmağı xahiş edirik”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right