Əliyar Ağayev Avropa Liqasına təyinat aldı

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb.

Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, Ə.Ağayev UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək “Ferensvaroş” (Macarıstan) – “Malmö” (İsveç) oyununun baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Noyabrın 28-də Budapeşt şəhərində yerləşən “Ferensvaroş” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right